Ermənistan Müdafiə Nazirliyinin informasiya şöbəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Qor Soqoyan erməni KİV-ə açıqlayıb. 

"Birinci instansiya məhkəməsi ev dustaqlığı və girov tətbiq edib, apelyasiya şikayəti verilib, prokurorluq şikayəti ləğv edib", - deyə vəkil bildirib. 

Qeyd edək ki, Altunyan və digər 4 nəfər nazirliyin satınalma prosesi nəticəsində sənədlərə yalan məlumatlar daxil etməklə dövlətdən 106 milyon 300 min dram oğurlamaqda ittiham olunurlar. 

Ağarza Elçinoğlu