"Bakının Nəsimi rayonunda bir məhəllənin həyətində qazıntı işləri aparılıb. Orada yaşayan vətəndaşların mülkiyyəti qanunsuz olaraq heç bir qiymətləndirmə aparmadan tikinti işi görülür".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, vətəndaşı hansısa formada narazı salmaq mexanzimləri qələbəyə köklənmiş insanların ruhunu qırmağa xidmət edir.
"Ona görə də bu məsələlərdə diqqətli olmalıyıq. Qələbəni möhkəmlədəcək addımlar atamağa səy göstərməliyik".
Anar Kəlbiyev