"Son dövlər bir məsələ məni çox düşündürür. Biz Qarabağda Ali Baş Komandanın cəsarəti, iradəsi ilə təşkil olunmuş silahlı qüvvələrimizin gücü və xalqımızın birliyi, dayağı ilə böyük qələbə qazandıq. Belə olanda mənim partiyamın, özümün müxalifətçiliyinə nə ehtiyac var? Türk dünyasının başını ucaldan şəxsin qarşısında mənim müxalifətçiliyimin haqqı varmı? Bu məsələlər məni çox düşündürür".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, müxalifətin aqressiyası nifrət üzərində qurulub:
"Əgər Qarabağ məsələmizi təmin etmişiksə, demokratiya, insan hüquqları, rifahın daha yaxşılaşdırılması uğrunda Prezident İlham Əliyevin yanında olmalıyıq, nəyinki qarşısında. Nə üçün qarşıdurma, nifrət, aqressiya üzərində köklənməliyik? Müxalifət, bu nə haqq-hesabdır sizdə? 210 il ərzində qazandığımız qələbələrin yanında ancaq qara nöqtələri axtarmaq lazımdır? Nə qədər gec deyil, sizi bir yerdə olmağa çağırıram. İqtidarın da içində aqressiv çıxış edən var. Bu yaxınlarda bir məmur deyirdi ki, guya biz 30-50 yaş arası pensiya yaşı tələb edirik".
Anar Kəlbiyev