Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan növbəti məhkəmə prosesi keçirilir.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda V.Xaçatryan dövlət ittihamçısının suallarını cavablandırıb.

Prokuror Xaçatryandan zərərçəkmişlər Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub. 

Xaçatryan adıçəkilən şəxsləri  yalnız kənd sakini kimi tanıdığını bildirib:

“Onları üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir”.

Prokurorun növbəti sualı zərərçəkmişlərdən birinin idarə etdiyi təcili tibbi yardım avtomobilinə silahlı hücumla bağlı olub. Lakin təqsirləndirilən şəxs bu hadisəni də boynuna almayıb. Vaqif Xaçatryan hadisələrdə iştirak edən erməniləri də kənd sakini kimi tanıdığını deyib.