İsrail hazırda Livan sərhədini bombalarla atəşə tutur.

"Unikal" xəbər verir ki, bu  barədə Livanın Dövlət Xəbər Agentliyi (NNA) məlumat yayıb. 

“Düşmən həmçinin Mərceyun düzünü fosfor bombaları ilə bombalayır”, - deyə məlumatda qeyd olunub.

Bu arada İDF Livanın şimalındakı Metula şəhərinə tank əleyhinə raket atıldıqdan sonra cənuba artilleriya hücumları həyata keçirdiyini bildirib. Hücum nəticəsində ən azı iki nəfərin yüngül xəsarət aldığı bildirilir.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri sosial şəbəkələrdə Livandan ölkənin hasarına yaxınlaşan 4 nəfəri öldürdüyü barədə bəyanat yayıb.

Gülayə Mecid