KXDR-dən Rusiya Federasiyasına silah tədarükünə dair heç bir sübut yoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, jurnalistlərə bildirib ki, heç kim iki ölkə arasında münasibətlərə qarışa bilməz: "Biz ən yaxın qonşumuzla qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı münasibətləri bundan sonra da quracağıq və bu əlaqələri bütün sahələrdə inkişaf etdirəcəyik. Bu, bizim suveren hüququmuzdur və biz hesab etmirik ki, heç kimin buna qarışmaq hüququ yoxdur".

Ağarza Elçinoğlu