Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Almaniyanın Yade Tətbiqi Elmlər Universitetİ (TEU) arasında 15 il əvvəl bağlanan əməkdaşlıq üzrə anlaşma memorandumu universitetin tələbə kontingentinin DAAD təqaüdlü proqramından faydalanmasına təkan verib.

"Unikal" xəbər verir  ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin turizm  işinin təşkili ixtisasının 2-ci və 3-cü kurs tələbələri Fəxriyyə Şirvanlı və Kamran Kərimov DAAD yay məktəbində intensiv alman dili kurslarının,o cümlədən Almaniya mədəni əlaqələrinin öyrənilməsini şərtləndirən tədbirlərin iştirakçıları olublar. Mədəni-kütləvi ekskursiyalar zamanı Vyetnam, Qana, Kolumbiya, Braziliya, Fransalı tələbələrlə birlikdə Almaniyanın Heidepark Soltau, Universum Bremen ərazilərini ziyarət ediblər.

Hazırda ATMU tələbələri- F.Şirvanlı və K.Kərimov  DAAD təqaüdlü proqram  çərçivəsində təhsillərini Yade Tətbiqi Elmlər Universitetində (TEU) turizm ixtisası üzrə davam etdirirlər.