Yeni qazlaşdırılan Lerik rayonun Züvüç kəndində mavi yanacaqla ilk təchiz olunan sakinlərdən biri də Rövşən Məmmədovdur.

"Unikal" xəbər verir ki, buna səbəb adıçəkilən abonentin 1-ci Qarabağ müharibəsi qazisi olmasıdır.  Rövşən Məmmədovun fərdi yaşayış evi isə şəhid ailələri və qaziləri daim diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. Bu məqsədlə Lənkəran RQİİ-nin rəhbər şəxsləri mavi yanacağın veriləcəyi ünvanda olublar.

Fərdi yaşayış evinə mavi yanacaq verildikdən sonra Birliyin rəhbər şəxsləri qazi ailəsinin digər qayğıları ilə maraqlanıblar.