Oktyabrın 17-də 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin qəsdən öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

"Unikal" xəbər verir ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Elməddin Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Fətəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

16:19

Oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  "Unikal"a  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcək.