"İndi bütün şəhərlərdə ya tikinti gedir, ya da tikintiyə hazırlıq gedir".
"Unikal" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"Mən əminəm ki, gələn il Cəbrayılda şəhər günü qeyd ediləcək. Bu il qeyd edilmədi, çünki orada hələ ki, vətəndaşlar yerləşməyib. Amma gələn ilin oktyabr ayına qədər, - çünki birinci azad olunmuş şəhər Cəbrayıl olmuşdu, - oktyabrın 4-də orada da şəhər günü keçiriləcək, hər yerdə - Şuşada birinci yaşayış məhəlləsi yəqin ki, 5-6 aya hazır olacaq. Birinci qrup keçmiş köçkünlər qayıdacaq. Ağdam da böyük tikinti meydançasıdır. Bu yaxınlarda Zəngilanda olarkən orada da, Qubadlıda, Kəlbəcərdə gələn ilin sonuna qədər keçmiş köçkünlər artıq şəhərə yerləşəcəklər. Bizdə bütövlükdə 8 şəhər, 92 kənd və qəsəbə Birinci Qayıdış Planına salınıb", - deyə dövlət başçısı bildirib.