Ukraynanın Azərbaycadakı səfiri Vladislav Kanevski Füzuli şəhəri ilə bağlı sosial mediada paylaşım edib.

"Unikal" xəbər verir ki, səfir paylaşımında yazıb: 

"Bu gün Füzuli şəhəri ad gününü qeyd edir. Azərbaycan qısa müddət ərzində işğaldan azad edilmiş şəhərə həyat gətirdi, burada infrastruktur fəal şəkildə bərpa olundu, yeni və müasir sosial obyektlər tikildi. Bu, yerli əhalinin geri qayıtması üçün əsas şərt idi.

Əminəm ki, tezliklə ukraynalılar da rus işğalından azad edilmiş, bütün şəhər və kəndlərdə mavi-sarı bayrağın dalğalandığı ərazilərə qayıda biləcəklər!".