Xankəndinin ən yaşlı sakini olan 95 yaşlı Aytəkin Hüseynova doğma şəhərinə qayıtmaq istəyir.

“Unikal” xəbər verir ki, bu barədə o, AzTV-yə müsahibəsində deyib. 

“Gedib görmək istəyirəm. Evimizin böyründə qoz ağacı vardı. Deyirəm, görəsəb, o qoz ağacı durur yoxsa yox?”, - deyə Aytəkin nənə bildirib. 

Xankəndinin yaşlı sakini ermənilərin azərbaycanlılara qarşı vəhşiliyindən də danışıb. O bildirib ki, vaxtilə 3 azərbaycanlı ermənilər tərəfindən diri-diri yandırılıb.