Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçiriləcək. 

“Unikal” xəbər verir ki, filmin ilk tizeri yayımlanıb. 

Üç il ərzində ərsəyə gətirilən bu film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.

Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli filmi rejissor və ssenari müəllifi Karan Sinqh italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırıb.