“iOS” əməliyyat sistemi üçün "WhatsApp" tətbiqində audio və video mesajların qeyd rejimləri arasında əl ilə keçid etməyə imkan verən yeni funksiya əlavə edilib.

"Unikal"ın məlumatına görə, tətbiqdə ​​audio və video mesajlar üçün nişanların yerləşdiyi panel dəyişdirilib.

Tətbiqin yeni versiyasında mikrofon və ya kamera ikonasına kliklədiyiniz zaman istədiyiniz qeyd metodunu - audio və ya videonu əl ilə seçməli olduğunuz menyu görünəcək. Eyni zamanda, əvvəllər messencerin istifadəçiləri "ikona"nın üzərinə klikləməli idilər ki, o, audiodan videoya və geriyə keçsin.