"Sual oluna bilər ki, bizdə mövcud qanun vardısa, bu qanunun hazırlanmasına ehtiyac hardan yaranıb? Bu sahədə bütün dünyada tələbləri Beynəlxalq Müki Aviasiya Təşkilatı müəyyən edir. Bütün dünyada hava limanları şəksiz bu tələblərə əməl etməyə çalışır. Bu qurum tərəfindən vaxtaşırı auditlər keçirilir. Bizdə də bu həftə auditə başlanılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir bildirib ki, bu audit zamanı bir sıra məsələlər, bəzi hallarda nöqsanlar aşkar edilir:

"Mövcud qanun təəssüf ki, bu audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermirdi. Belə olan halda bütövlükdə qanunda bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi bu qanunda əksini tapıb”.

Anar Kəlbiyev