İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatında iştirak edən ASAPES-in IV kurs tələbəsi Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb və dünya çempionu tituluna yiyələnib.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.