"5 il əvvəl məsələ qaldırmışdım ki, aeroportlar icarəyə verilə bilərmi? Aydın oldu ki, verilə bilər.  O vaxt bəzi məmurlar qıcıqlanmışdılar, məni tənqid edirdilər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, regionlarda yüksək standartlar çərçivəsində aeroportlar tikilib: "Problem odur ki, aeroportlar tikilib, gündə 1-2 reys olsa, toy-bayramdır".

Anar Kəlbiyev