İsveçli ekoloji fəal Qreta Tunberq Londonda keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Fossil Free London” ekohərəkatı "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Məlum olub ki, Tunberq onun həmkarları ilə ən böyük neft və qaz şirkətlərinin nümayəndələrinin toplaşdığı "Energy Intelligence" konfransına girişi blokladığı üçün saxlanılıb.  

İyul ayında Tunberq  İsveçin Malmö şəhərində nümayiş zamanı polisə tabe olmadığına görə cərimələnib. İşin başlanmasına səbəb “Gələcəyi qaytar” qrupunun aksiyası olub. Ekoloji fəallar qalıq yanacaqlardan istifadəyə etiraz olaraq neft məhsulları daşıyan yük maşınlarının yolunu bağlayıblar.