"Vaxtilə AZAL-a həm hava limanlarının inşasına, həm də təyyarələrin alınmasına ciddi dəstək olunub. Bu dəstək kifayət qədərdir ki, bundan sonra AZAL öz gəlirləri hesabına xərcləri ödəsin".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

"Əgər ötən il AZAL ilk dəfə tarixində təmiz mənfəətə çıxmışdısa, bu il ötən ilki illik gəlirdən 10 dəfə çox mənfəət gözlənilir".

Anar Kəlbiyev