Rusiya prezidenti Vladimir Putin Vyetnam prezidenti Vo Van Tuonqun ölkəyə səfər dəvətini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Vyetnam dövlət xəbər agentliyi VNA məlumat yayıb.

“Vo Van Thuong Putini tezliklə ölkəyə səfərə dəvət etdi, Putin bu dəvəti məmnuniyyətlə qəbul etdi”, - nəşr yazıb.

Agentliyin məlumatına görə, iki dövlət başçıları müxtəlif sektorlarda, o cümlədən ticarət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

Oktyabrın 17-də Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən “Bir kəmər, bir yol” forumu çərçivəsində vyetnamlı həmkarı Vo Van Tuonqla görüşüb.

Gülayə Mecid