Avstriyanın keçmiş kansleri Sebastian Kurz ilk hökumətində iddia edilən korrupsiya ilə bağlı parlament araşdırması zamanı yalan ifadələr verməkdə ittiham olunaraq çərşənbə günü məhkəmə qarşısına çıxıb.

"Unikal" xəbər verir ki,  bu  barədə AP  məlumat yayıb. 

Kurz korrupsiya araşdırması fonunda 2021-ci ildə istefa verib və o vaxtdan təqaüdə çıxıb. İttihamları rədd edən Kurz günahı sübuta yetirilərsə, onu üç ilə qədər həbs cəzası gözləyir.

Vyana cinayət məhkəməsinə qaldırılan iş onun mühafizəkar Xalq Partiyasının ifrat sağçı Azadlıq Partiyası ilə hökumət qurduğu 2017-ci ildən 2019-cu ildə dağılana qədər rəhbərlik etdiyi koalisiyaya yönəlmiş istintaq zamanı verdiyi ifadəsinə əsaslanır.

Prokurorlar Kurzu 2020-ci ilin iyun ayında OeBAG holdinq şirkətinin yaradılmasındakı rolu ilə bağlı yalan ifadələr verməkdə və onun keçmiş yaxın adamı Tomas Şmidi rəhbər təyin etməkdə ittiham edirlər.