İsrail Qəzzadakı xəstəxanaya hücumda iştirak etməməsi ilə bağlı bu gün BMT Təhlükəsizlik Şurasına konkret sübut təqdim edəcək.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin XİN rəhbəri Eli Koen "X" sosial şəbəkəsində bildirib. 

Onun sözlərinə görə, İsrail 100%-dən çox əmindir ki, bu xəstəxana İslami Cihad tərəfindən buraxılan Fələstin raketi ilə vurulub: "Sübut bu gün BMT Təhlükəsizlik Şurasının iclasında bütün beynəlxalq ictimaiyyətin görməsi üçün təqdim olunacaq".

Ağarza Elçinoğlu