Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində keçirilən iclasında iştirak edib.
"Unikal" xəbər verir ki, çıxış edən XİN rəhbəri Azərbaycanın İsrail-Fələstin münaqişəsi zonasında baş verən son hadisələrdən və artan gərginliklə bağlı dərin narahatlığını bildirib.
Nazir təcili olaraq gərginliyin azaldılmasını və hərbi əməliyyatların dərhal dayandırılmasını vurğulayıb.
Ağarza Elçinoğlu