Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
"Unikal" xəbər verir ki, MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib.
Seçki dairələrinin formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişməyib.
MSK sədri Məzahir Pənahov bildirib ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda 92 seçki dairəsi üzrə dairə seçki komissiyaları təşkil ediləcək.
33 seçki dairəsinin isə sıra sayı və adı dəyişmədiyindən seçki komissiyalarının tərkibinin olduğu kimi saxlanılacaq və təşkil olunmuş hesab ediləcək.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.