Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, II Liqanın VII turunun “Kürmük Qax” – “Şəfa” oyunu barədə qərarlar qəbul olunub. Oyun bitdikdən sonra “Kürmük Qax” klubunun direktoru Əlövsət Bayramov hakimlər otağına icazəsiz daxil olaraq oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirdiyinə görə 5 oyun cəzalanıb, “Kürmük Qax” klubu 400 manat cərimə edilib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.