Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Abbasov Ruslan Hikmət oğlunun və şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun 3-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi şəhidin dəfn olunduğu rayonun Lökbatan qəsəbəsində baş tutub.

"Unikal" xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şəhidlərin ailə üzvləri, yaxınları, qazilər, şəhidin YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra  mərasim iştirakçıları tərəfindən Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid olmuş Abbasov Ruslan Hikmət oğlunun və şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun məzarları önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsinə Quran oxunmuş, daha sonra ehsan verilib.