Litvanın baş naziri İnqrida Şimonite bu gün Ermənistana işgüzar səfərə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Oktyabrın 19-da baş nazir Nikol Paşinyanla xanım Şimonite arasında təkbətək söhbət olacaq, daha sonra danışıqlar genişləndirilmiş strukturlarla davam etdiriləcək.
Litvanın baş nazirinin prezident Vaaqn Xaçaturyanla görüşü planlaşdırılır.