Türkiyənin keçmiş baş naziri Ahmet Davutoğlu İsraillə bağlı çağırış edib.  

"Unikal" xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Fələstinə edilən zülmə səssiz qalma!" çağırışı edib.

"Mən bir lider tanıdım. Bərabər olmaqdan qürur duyduğum. "One minute!'" deyərkən ürəyimin çırpındığı və hər kəsin onu təhdid etdiyi vaxt "Hörmətli prezidentim narahat olmayın. Bu gün tarix yazdınız. Lazım olanı etdiniz" deyib Şimon Peresə üzr istətdiyim bir lider tanıdım. Bu gün o, liderin 10 gündür susmasını ürəyim qəbul etmir. Ey, İsrail deyib hayqırmamasını ürəyim qəbul etmir"