Benzemanı vətəndaşlıqdan və Qızıl topdan məhrum etməyə çağırıblar

"Unikal" xəbər verir ki,Fransa Milli Assambleyasının üzvü Valeri Boyer ölkənin daxili işlər naziri Gerald Darmaninin daha əvvəl hücumçu Kərim Benzemanın müsəlman terror təşkilatı ilə  əlaqələri lə tanındığını bildirən sözlərinə cavab verib.

“Əgər bu doğrudursa, Benzemaya qarşı sanksiyalar nəzərdən keçirilməlidir. Ən azı onun əlindən “Qızıl top”u ala bilərsiniz, amma bu, sırf simvolik sanksiyadır. Həmçinin və ilk növbədə onun vətəndaşlıqdan məhrum edilməsi üçün müraciət etməliyik”, - Boyer sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Kərim Benzema sosial şəbəkələrdə İsraillə münaqişədə Fələstinə dəstək vermişdi.