Avropa İttifaqının Xarici Əlaqələr Şurası Ermənistan və Azərbaycan ətrafındakı vəziyyəti müzakirə edəcək.
"Unikal" xəbər verir ki, Xarici Əlaqələr Şurasının iclası oktyabrın 23-də Lüksemburqda Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Xosep Borrelin sədrliyi ilə keçiriləcək.
Mesajda qeyd edildiyi kimi, Şura Ukraynadakı vəziyyəti müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələrə dair fikir mübadiləsi aparacaq.
Daha sonra nazirlər İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar.