Çelyabinskdə ticarət kompleksində qumbara partladan şəxs saxlanılıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə "Koltso" ticarət mərkəzində baş verib.

Mühafizəçilər naməlum şəxsin qəribə davranışlarından şübhələnərək onu binadan çıxarmaq istəyiblər. Bu zaman o, üzərindəki qumbaranı partladaraq qaçıb. 

İnsident nəticəsində xəsarət alan olmayıb. Polis hadisəni törədən şəxsin şəxsiyyətini müəyyənləşdirib.