BMT Təhlükəsizlik Şurası Rusiyanın Qəzza zolağında Əl-Əhli Əl-Maadani xəstəxanasına hücumu pisləyən qətnamə layihəsinə düzəliş etmək təklifini rədd edib.

"Unikal"ın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurası üzvlərinin “Əl-Əhli xəstəxanasına dəhşətli hücumu”, habelə anklavda mülki şəxslərə qarşı ayrı-seçkilik etmədən hücumları pisləyəcək bir bənd əlavə etməyi təklif edib.

Təklifdə Qəzza zolağının blokunun açılması ideyası da var idi. Əl-Əhli Əl-Maadani xəstəxanasına edilən hücumda yüzlərlə insan həlak olub.

Bundan əvvəl HƏMAS- ın ABŞ-ı fələstinlilərin suveren dövlət yaratmaq hüquqlarını tanımağa çağırdığı bildirilirdi .