Moskvada Preobrajenski məhkəməsi insan alveri ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 15 uşaq anasını həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Qadın iki ay müddətinə həbs edilib. O, dekabrın 16-dək istintaq təcridxanasında qalacaq.

Ondan başqa daha iki nəfər saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, qadın uşaqların bəzilərini özü dünyaya gətirməyib. 

Nuranə Abbasova