Görkəmli rus yazıçısı F. M. Dostoyevskinin nəticəsi Dmitri Dostoyevski dekabrda yazıçının həyatından və yaxın qohumlarından bəhs edən ilk kitabının təqdimatını keçirəcək.

"Unikal" xəbər verir ki, o bu barədə TASS-a məlumat verib.

"Bu, mənim xatirələr kitabımdır və mən 78 ildir ki, yaşayıram. Mən Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevnanın övladları və F. M. Dostoyevskinin digər qohumlarından, 1917-ci ildən sonra onların başına gələnlərdən danışıram. Həmçinin atam Andrey Andreeviç haqqında, yazıçının qardaşı oğlu, həm də öz həyatım haqqında məlumat verirəm. Kitab dekabrda çap olunacaq. Bu, mənim ilk kitabımdır”", - deyə yazıçının nəticəsi bildirib. 

Dmitri Dostoyevski onu da qeyd edib ki, hələlik dəqiq tiraj müəyyən edilməyib, lakin onun ən azı min nüsxə olacağı planlaşdırılır. Kitabın elektron formada da təqdimatı həyata keçiriləcək.