İrigövdəli ağacın budağı qırılaraq səkidə hərəkətdə edən piyadanın üstünə düşüb.

"Unikal" xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Nərimanov rayonu Təbriz küçəsində, güclü külək zamanı baş verib. Ağacın budağı 31 yaşlı  Araz Süyüflünün üstünə düşüb. Ətrafda olanlar dərhal köməyə gələrək onu iri budağın altından çıxarıblar.

TƏBİB-dən bildiriblər ki, xəsarət alan şəxs Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sol almacıq sümüyünün sınığı, sol ayağın bazu topuğunun qapalı yerdəyişən sınığı diaqnozları qoyulub. Pasiyentə zəruri tibbi xidmət göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir. Ailə üzvlərinin istəyilə o, bu gün ambulator müalicə üçün evə buraxılıb.

Hadisə baş verən ərazidə yaşayanlar bildirdilər ki, səki boyu bir neçə təhlükəli ağac var ki, onların da külək əsəndə aşma təhlükəsi var.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yol kənarında olan ağacların vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanır.

''Sakinlər aşma təhlükəsi olan ağaclarla bağlı rayon icra hakimiyyətinə müraciət etəmlidirlər. Həmin müraciət Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə göndərilir.Onların rəyi əasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da həmin ağacı kəsərək ərazidən götürürlər''.