Oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.
***
11:05
Sumqayıtda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Mehman Əkbər oğlu Rüstəmov həyat yoldaşı, Elvira Aydın qızı Məmmədovanı bıçaqlayıb. E. Məmmədova çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
M. Rüstəmov da münaqişə zamanı yüngül xəsarət alıb, ona da tibbi yardım göstərilib.
Fakt üzrə araşdırma aparılır.