Amerika hakimiyyətinin Kiyevə verdiyi uzun mənzilli ATACMS raketləri Rusiya tanklarını vurmaq gücündə deyil.

"Unikal" xəbər verir  ki, bu barədə hərbi müşahidəçi Devid Ex “Forbes” jurnalına müsahibəsində deyib. 

"ATACMS-in edə bilməyəcəyi bir çox şey var, o cümlədən ən qorunan döyüş maşınlarının məhv edilməsi...",- o,  deyib. 

Onun sözlərinə görə, bu cür raketlərin döyüş başlığında minə yaxın qumbaraya bənzər sursat var. Üstəlik, son dərəcə uğurlu bir vuruş olmadıqda, hər biri ayrı-ayrılıqda tanka ciddi ziyan vura bilməz.

Ex Ukrayna Silahlı Qüvvələrinin ABŞ-dən istismar müddətini başa vurmaq üzrə olan raketləri almasına da diqqət çəkib.

Gülayə Mecid