Bu günə olan məlumata görə, Qarabağdan köçən 3000-dən çox insan Ermənistanı tərk edib.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Mən bu mövzudan nəticə çıxarmaq istəmirəm, bəlkə də çoxları qohumlarının yanına gedirlər. Ümid edirəm ki, biz bu mesajı çox aydın şəkildə veririk və mən qardaş və bacılarımızı Ermənistanda qalmağı prioritet plan kimi qəbul etməyə çağırıram", - deyə Paşinyan qeyd edib. 

Ağarza Elçinoğlu