Rusiya rok əfsanəsi, “Парк Горького” və “Цветы” qruplarının yaradıcısı Stas Namin ( Bolşevik Anastas Mikoyanın nəvəsi-red.) ailəsində baş verən faciəni şərh edib.

"Unikal" xəbər verir ki, o, bu barədə Rusiya KİV-ə danışıb. 

“Mən bundan indicə xəbər tutdum, bu, dəhşətli faciədir. Roma heç vaxt mənim oğlum olmayıb. Həmişə pislik olub. Ləyaqətsiz və alçaq insan olduğu üçün uzun illər onunla əlaqə saxlamıram. O, heç vaxt mənim parçam olmayıb”, - deyə sənətçi jurnalistlərlə söhbətində etiraf edib.

Naminin ögey oğlu özü hüquq-mühafizə orqanlarına zəng edib. Bu zaman o, narkotikin təsiri altında olub. Şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.