Tezliklə İranda 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri yazıb.
Ermənistanın baş naziri Nikol Paşinyan 3+3 görüşünün Tehranda keçirilməsinə razılıq verib. Bundan əvvəl İlham Əliyev də regional müşavirənin keçirilməsini alqışlamışdı.
Qeyd edək ki, 3+3 formatının təşəbbüskarı Azərbaycandır.
Ağarza Elçinoğlu