Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 23-də saat 11:00-da Hacıqabul rayonunda vətəndaşlarla görüşəcək.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirlib ki, görüşdə Hacıqabul rayon və Şirvan şəhəri sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Hacıqabul rayonu “20 №-li Yol İstismarı” və Şirvan şəhəri “33 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.