"İnter Mayami"nin hücumçusu Lionel Messinin Amerika çempionatında nə qədər qazandığı məlum olub.

"Unikal" xəbər verir ki, MLS-in rəsmi saytının məlumatına görə, Messinin “İnter Mayami” ilə müqaviləyə əsasən maaşı bonuslarsız ildə 12 milyon dollar, bonuslarla isə 20,4 milyon dollardır. MLS Oyunçuları Assosiasiyası (MLSPA) 15 sentyabr 2023-cü il tarixinə bütün MLS oyunçularının maaş məlumatlarını əks etdirən siyahı açıqlayıb.

Beləliklə, 36 yaşlı argentinalı ulduz MLS-də ən çox maaş alan futbolçudur.

Bu mövsümdə Messi bütün yarışlar da daxil olmaqla 13 matçda iştirak edib və 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub.