Yevlaxda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığında baş verib. "Mercedes" və VAZ-2106 markalı maşınların toqquşması nəticəsində yaralanan 51 yaşlı Şəki rayon sakini Vüqar Şabanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov