Rusiya Bryansk, Kursk və Belqorod vilayətləri ərazilərindən Ukraynaya qarşı açıq silahlı hücumunu davam etdirir. Tapşırıqları yerinə yetirmək üçün Rusiya Federasiyası təxminən 19 min nəfərdən ibarət bir qrup qoşun yeridib.  

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Şimal” əməliyyat-strateji qoşun qrupunun komandanı, general-leytenant Serxii Nayev məlumat yayıb. 

O qeyd edib ki, buna baxmayaraq,  sərhəddə vəziyyət sabit və nəzarət altındadır. Lakin Rusiyanın Çerniqov və Sumı vilayətlərinin dövlət sərhədində təxribat və kəşfiyyat qruplarından istifadə edən düşmən təhlükəsi hələ də qalmaqdadır.

Gülayə Mecid