Tovuzda bir neçə nəfər su kanalına düşüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndinin yaxınlığında qeydə alınıb. Kanalın üstündə olan bənddən keçmək istəyən 5 nəfər su kanalına düşüb. Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Tural Əhmədov