Somalinin paytaxtının kənarındakı hərbi obyektdə bomba yüklü avtomobil partladılıb. 

"Unikal" AP-yə istinadən xəbər verir ki, bu barədə bomba yüklü avtomobilin partlaması nəticəsində 4-ü əsgər olmaqla, azı 6 nəfər həlak olub.

Beşi əsgər olmaqla daha doqquz nəfər yaralanıb. 

Məsuliyyəti "Əş-Şəbab" ekstremist qruplaşması öz üzərinə götürüb.

Ağarza Elçinoğlu