Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.

Hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

xxx

18:02

Quba rayonunun Qəçrəş kəndi ərazisində “İnfiniti” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər - Rzayev İlkin Şahin oğlu və Salmanov Sübhan Şəhriyar oğlu hadisə yerində ölüb.
Minik avtomobillərinin toqquşması nəticəsində Arif Heydərov və Yaşar Sultanov isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.