Gəncədə minik maşını piyadanı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin "Dəyirman" dairəsi adlanan ərazidə  qeydə alınıb. Hərəkətdə olan "Chevrolet" markalı minik maşını orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Tural Əhmədov