Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) 29 əməkdaşı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə təşkilatın Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

“Biz şokdayıq və yas içindəyik. Oktyabrın 7-dən Qəzzada 29 həmkarımızın öldürüldüyü təsdiqlənib”, - agentliyin "X" sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, həlak olanların təxminən yarısı Fələstin məktəblərində müəllim işləyirdi.

Qeyd edək ki, son məlumatlara görə, oktyabrın 7-dən İsraildə 1,4 min, Qəzza zolağında isə ölənlərin sayı 4,3 min nəfərə çatıb.