Xudat şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, yolu keçmək istəyən piyada, Qusar rayon sakini - 42 yaşlı Hamlet Qocayevi TIR vurub.
Nəticədə xəstəxanaya aparılan yaralı orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.